Abstract

Bütün dövrlərdə yaranmış muğam cədvəlləri və proqramlar muğam irsini öyrənmək, muğamın inkişaf prosesini izləmək və müqayisəli surətdə öyrənmək üçün çox dəyərli bir mənbələrdir. XX əsrdə ustad sənətkarların - görkəmli tarzənlər Mirzə Fərəc Rzayevin, Əhməd Bakıxanovun, Kamil Əhmədovun və başqalarının muğam tədrisi üzrə proqramları meydana gəlmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamların  sistemləşdirilməsi əsasında yaratdığı  proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğam üzrə tədris proqramlarının sayı çox artmışdır, solo oxuma və instrumental ifaçılıq (hər bir alət üçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir. Muğam ustadları və pedaqoqlar tərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasında  nəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şərait yaradır.