Abstract

Xanəndəlik sənəti qədim ustad ənənələrinə əsaslanan bir sənətdir. Xanəndələr ustadlarından muğamın sirlərini öyrənərək, ənənələrini davam və inkişaf etdirirlər və özünəməxsus xüsusiyyətlərlə zənginləşdirirlər. Xanəndələr - klassik ənənələrə əsaslanan muğam ifaçısı olub, musiqi mədəniyyətini öz yaradıcılıq - ifaçılıq fəaliyyəti ilə zənginləşdirmişdir. Xanəndələrin sazanda dəstələrinin müşayiətilə ifa edərək yaratdıqları muğamlar nadir sənət nümunələri kimi milli musiqi xəzinəsinə daxil olmuşdur. Eyni zamanda, xanəndələr – öz biliklərini və ənənələrini gələcək nəsillərə ötürən ustad, müəllimdir, Azərbaycan bəstəkarlarının operalarında və vokal-instrumental əsərlərində əsas partiyalarda çıxış edən konsert və opera ifaçısıdır. Xanəndə  kadrlarının hazırlanması, konsertlərdə və muğam operalarında çıxış edən xanəndələrin yetişməsində Azərbaycanın ustad xanəndələrinin əməyi qeyd olunmalıdır.